Modern.az

Bələdiyyələrin azaldılması problemlərin həll olunmasında rol oynayacaq

Bələdiyyələrin azaldılması problemlərin həll olunmasında rol oynayacaq

Parlament

1 Mart 2024, 11:15

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna təklif edilən dəyişikliklə bələdiyyə sayı təxminən 2, 3 qədər azalacaq. 


Modern.az xəbər verir ki, bu barədə Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov bildirib. 


“Bələdiyyələrin sayının azaldılması onların problemlərinin həll olunmasında rol oynayacaq. Belə ki, biz müşahidə edirik ki, bir bələdiyyənin torpağı var, birinin suyu və s. Bunların birləşməsi ilə daha məhsuldar fəaliyyət olacaq”,-deyə komitə sədri qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi