Modern.az

Bələdiyyələr insanların beynində torpaq satan qurum kimi qalmışdı

Bələdiyyələr insanların beynində torpaq satan qurum kimi qalmışdı

1 Mart 2024, 11:31

“Bələdiyyələrin çox hüquqları, səlahiyyətləri var. Amma bələdiyyələr insanların beynində torpaq satan qurum kimi qalmışdı”.


Modern.az xəbər verir ki, bu fikirləri deputat Elşən Musayev Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bildirib. 


“Lakin bələdiyyələrin ən aşağı funksionallığı torpaq satmaqdır. Halbuki onların o qədər çox hüquqları, səlahiyyətləri var. İnsanların bələdiyyələr haqqında məlumatı yoxdur. Zaman-zaman elə bələdiyyələr olub ki, heç özləri öz hüquqlarını bilməyib. Bələdiyyələr dünyanın bütün ölkələrində hörmətli qurumdur. Arzumuz budur ki, Azərbaycan bələdiyyələri də hörmətli olsun”, - deyə deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi