Modern.az

Bakı və ətraf qəsəbələrdə xeyli sayda sənədsiz evlər var - Siyavuş Novruzov

Bakı və ətraf qəsəbələrdə xeyli sayda sənədsiz evlər var - Siyavuş Novruzov

1 Mart 2024, 12:16

“Seçki Məcəlləsinə əsasən, bir yerdə 6 aydan artıq yaşayan şəxs qeydiyyatda olmasa da, səsvermə hüququna malikdir”. 


Modern.az xəbər verir ki, bu barədə Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov bildirib.

 

“Qeydiyyat məsələsi hər yerdə qaldırılıb. Bilirsiniz ki, Bakı və ətraf qəsəbələrdə xeyli sayda sənədsiz evlər var. Qəsəbələrdə 3 000-dən artıq yaşayış massivi mövcuddur ki, orada vahid bələdiyyələr formalaşacaq. Gələcəkdə də onların sayı artdıqca bələdiyyə üzvlərinin sayında artım ola bilər. Mənzillərin çoxluğu və ya azlığı məsələni həll etmir. Çünki Bakıda 40-dan artıq qəsəbə var və qəsəbələrin də hərəsində 40 mindən artıq insan yaşayır. Orada da vahid bələdiyyələr formalaşacaq”, - deyə komitə sədri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi