Modern.az

"Bu dərman 73 manat idi, indi 230 manata satılır"

Parlament

13 Mart 2024, 12:40

“Ölkədə bəzi dərmanları tapmaq olmur. Belə ki, bir müddət əvvəl “Sincardi” dərmanı axtarılırdı. Həmin dərmanın qiyməti 73 manatdır və bir ay bəs edirdi. Amma indi həmin dərmanı tapmaq olmur”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib. 


“Mənə dedilər ki, artıq o dərman gətirilmir. Onun əvəzi satılır. Həmin əvəzedici dərmanın qiyməti isə bir neçə dəfə baha, 230 manata satılır. Biz xalqı düşünərək, bu kimi addımları atanlara qarşı mübarizə aparmalıyıq”,-deyə o bildirib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu