“Əhali tərəfindən dərman vasitələrini qeydiyyatı ilə bağlı ciddi narazılıqlar var idi”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisinin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib
Komitə sədri qeyd edib ki, çoxlu sayda dərman qeydiyyatı üçün sənədlər istənilirdi:
“İndi qəbul edəcəyimiz qanun layihəsi bunu nizama salacaq. Dövriyyədə olan dərman vasitələrinin keyfiyyəti ilə bağlı da ciddi narazlıqlar var idi. Belə ki, artıq istehsal olunan dərmanların keyfiyyətinə ciddi nəzarət var. Keyfiyyətsiz və vaxtı keçmiş dərmanların apteklərdə satılmasının qarşısı alınacaq. Bundan başqa, dərman vasitələrinin qiymətlərinin optimallaşdırılması istiqaməsində də işlər aparılır”.