Modern.az

Narkoloji müəssisələrə nəzarətin gücləndirilməsi vacibdir - Deputat

Narkoloji müəssisələrə nəzarətin gücləndirilməsi vacibdir - Deputat

Parlament

15 Mart 2024, 12:12

“Narkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşların müalicə və reabilitasiya prosedurları xüsusi həssaslıq tələb etdiyindən bu müəssisələrin “Narkoloji xidmət və nəzarət haqqında” qanunun tələblərinə uyğun olaraq fəaliyyət göstərməsinə nəzarətin gücləndirilməsi vacibdir. Narkoloji yardım sahəsində xidmət göstərən hüquqi şəxslərin fəaliyyətinin Səhiyyə Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirməsi də mühüm əhəmiyyət kəsb edir. Bu müəssisələr müəyyən edilmiş müalicə protokollarından kənara çıxma hallarına yol verməməlidirlər”. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Soltan Məmmədov bildirib. 

 

“İmmunoprofilaktika yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodu kimi Azərbaycanda hər zaman uğurla həyata keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da ölkəmizin bu sahədə qabaqcıl yerlərdə olduğu əksini tapıb. Bəzi infeksion xəstəliklərin, xüsusilə, uşaqlar arasında qızılca xəstəliyinin yayılması immunoprofilaktika tədbirlərinin nə qədər vacib olduğunu bir daha təsdiq edir. 1 yaşına qədər uşaqların beşvalentli vaksinlə 68,3 faiz, pnevmokok əleyhinə peyvəndlə 68,2 faiz, 6 yaşlı uşaqların qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksinlə 72,3 faiz əhatə olunması bu sahədə daha çox səy göstərilməsinin zəruriliyinə işarədir. Eyni zamanda, uşaqların peyvənd proqramlarına cəlb olunması məsələsinə yenidən baxmaq, ehtiyac olduğu halda bəzi digər xəstəliklərə qarşı vaksinasiyanı da Milli Pevənd Təqviminə daxil etmək olar. Biz bu mövzuda Səhiyyə Nazirliyi ilə mütəmadi müzakirələr aparırıq və təqdirəlayiq haldır ki, nazirlik məsələni xüsusi diqqətdə saxlayır”, -deyə deputat qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu