Modern.az

Siyavuş Novruzovdan hakimlərə SƏRT MESAJ: “Özlərini imam balası kimi aparırlar”

Siyavuş Novruzovdan hakimlərə SƏRT MESAJ: “Özlərini imam balası kimi aparırlar”

Parlament

22 Oktyabr 2013, 14:21


“Elə ki, hakimlər gedib çatırlar məhkəməyə, keçirlər qoca qurdların əlinə. Onlara elə dərs keçirlər ki, Məhkəmə-Hüquq Şurasının keçdiyi dərs yaddan çıxır”.

Modern.az bildirir ki, bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Məhkəmə-Hüquq Şurası haqqında” qanununda edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bəzi hakimlərin fəaliyyəti qanedici deyil:  

“Biz burada onları seçilən zaman görmüşük, özlərini imam balası kimi aparırlar. Elə ki vəzifəyə keçdilər, düşürlər camaatın canına”-deyə deputat kinayə ilə bildirib.

Daha sonra S.Novruzov məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyəti tənqid edib.

“İkinci problem isə məhkəmə qərarlarının icrası məsələsinə aiddir. Bu lap BMT-nin qəbul etdiyi qətnamələrinə oxşaylır. Məhkəmə qərarının icrası sərf eləmədi, deyir “icra edə bilmirəm”. Elə ki, “yanından” keçirsən, dərhal icra edilər. Fikrimcə, Məhkəmə-Hüquq Şurası bu məsələyə də diqqət etməlidir. Mən ordakı insanları insaflı olmağa çağırıram. İnsafı birinci yerə qoyun”-deyə deputat çağırış edib.

S.Novruzovun sözlərinə görə, Məhkəmə-Hüquq Şurasının tərkibi genişlənməli və ictimaiyyətdə bu prosesə cəlb olunmalıdır.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...