Modern.az

Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri bu deputat olacaq

Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri bu deputat olacaq

Parlament

4 Aprel 2024, 11:47

Avstraliya İttifaqının qanunverici orqanı olan Federal Parlamentində 9 senator və 14 konqresmendən ibarət Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupu təsis edilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü və ardıcıl səyləri nəticəsində yaradılan qrupa Federal Parlamentin Seçim Komitəsinin üzvü Mayk Frilander (hakim Leyboristlər Partiyası), sədr müavini olaraq kölgə ticarət nazirinin müavini Rik Villson (müxalif Liberal Partiyası) rəhbərlik edəcək.


Qrupun tərkibində həmçinin Avstraliyanın siyasi həyatında aktiv rol oynayan Senatın prezidenti Lins Sue, kölgə xarici işlər naziri senator Saymon Börminqham, Seçki Məsələləri üzrə Birgə Daimi Komissiyanın sədr müavini Senator McGrath Ceyms, Senatda Milli Partiyasının fraksiya rəhbəri Senator Ross Kadell kimi çox saylı siyasətçilər yer alıb.


Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması iki ölkə parlamentləri arasında əməkdaşlığın və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli addımdır. Milli Məclisdə yaradılmış Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərəf müqabili kimi Avstraliya-Azərbaycan parlament qrupu iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə öz töhfəsini verəcək.


Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Milli Məclisində də 11 millət vəkilindən ibarət Azərbaycan Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri deputat Asim Mollazadədir.

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvan qarışdı: Xocalı qatili ölkədən qaçdı