Modern.az

Sadiq Qurbanov: "Laçına səfər zamanı heç kim heyranlığını gizlədə bilmədi" - FOTO

Sadiq Qurbanov:

Parlament

6 Aprel 2024, 16:45

Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və komitənin üzvləri Afət Həsənova, Məşhur Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım və İltizam Yusifov prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun dəvəti ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müzakirələr aparmaq üçün Laçın rayonuna səfər ediblər.

 

Səfər çərçivəsində millət vəkilləri əvvəlcə işğaldan azad edilmiş Ağdam rayonuna gələrək burada Ağdam Cümə Məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini anıblar. Sonra deputatlar Xankəndi şəhərində olublar. Şəhərlə tanışlıqdan sonra millət vəkilləri Laçın rayonuna gəliblər. Burada Laçın rayon 2 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüş keçirilib.

 

Sadiq Qurbanov Modern.az-a bildirib ki, səfərdən xoş təəssüratlarla ayrılıblar:


“Biz səfər zamanı bir neçə yerə səfər etdik. Orada aparılan quruculuq işləri ilə tanış olduq. Laçına səfər zamanı heç kim heyranlığını gizlədə bilmədi. Biz səfər zamanı Laçın rayonu 2 saylı tam orta məktəbdə olduq. Orada mühüm mövzular müzakirə olundu. Daha sonra “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu, “Həkəri Balıq Təsərrüfatı” və son olaraq da “Zabux” su elektrik stansiyası ilə də yaxından tanış olduq. Bildirim ki,  2,5 meqavat gücündə “Zabux” SES cari ilin martın 20-də istismara verilib. Daha sonra Kəlbəcər şəhərinə səfər etdik və şəhərdə aparılan yenidənquruculuq işləri ilə tanış olduq, o cümlədən Kəlbəcər şəhərində olan hərbi hospitala baxış keçirərək hərbçilər ilə görüşdük.


Kəlbəcər rayonunda inşa edilən “Ağbulaq”, “Kəlbəcər” SES-lərində aparılan işlər ilə tanış olduq. Deyə bilərəm ki, çox maraqlı səfərimiz oldu. Əmin olduq ki, Qarabağda çox böyük işlər görülür. Buna görə də cənab Prezidentə və ordumuzun əsgərlərinə öz təşəkkürümüzü bildiririk. Bundan sonra görülən işlər Azərbaycanı yaxın zamanda dünyanın ən müasir yaşayış məskəninə çevirəcək”.

 

1337074

1337075

1337076

1337077

133707813370791337080

1337081

 

1337082

1337083

1337084

 

1337085

133708613370871337088

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir