Modern.az

Ötən il 41 audit keçirilib - Əsas istiqamət azad olunmuş ərazilərin bərpasına ayrılan vəsait olub

Ötən il 41 audit keçirilib - Əsas istiqamət azad olunmuş ərazilərin bərpasına ayrılan vəsait olub

Parlament

8 Aprel 2024, 11:30

“2023-cü il üzrə Əməliyyat Planında ümumilikdə 327 tədbir müəyyən edilib, ilin sonunda yekun icra vəziyyəti 91,7 % təşkil edib”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

 

“Hesabat ilində əsas istiqamətimiz azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin auditi, kənd təsərrüfatı, səhiyyə və digər sahələr olub. Belə ki, ötən il 41 audit tədbiri həyata keçirilib, bunun 42,2%-i ümumilikdə ilk dəfə keçirilib”, - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir