Modern.az

"Bəzi qurumlar arasında koordinasiya işi zəif təşkil edilir"

Parlament

8 Aprel 2024, 11:37

"Bəzi qurumlar arasında koordinasiya işi zəif təşkil edilir, məlumat bazaları arasında inteqrasiya təkmil deyil".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatanın sədri Vüqar Gülməmmədov deyib.


"Dörd qurum üzrə müsbət və bütün meyarlara uyğunluqla bağlı rəy verilib. 19 qurum üzrə şərti müsbət və bəzi məsələlər istisna olmaqla hüquqi aktların tələb olması barədə rəy verilib. 13 qurum üzrə mənfi  və bütün əhəmiyyətli aspektlərdə qanunvericilik əsasında müəyyən edilmiş meyarlara uyğun olmamaqla bağlı rəy verilib",-deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir