Modern.az

Tatarıstanın nümayəndə heyəti Milli Məclisdə

Tatarıstanın nümayəndə heyəti Milli Məclisdə

Parlament

8 Aprel 2024, 14:54

Aprelin 8-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Adil Əliyev Azərbaycanın dünyada idman ölkəsi olaraq tanındığını, ölkəmizin bir çox nüfuzlu olimpiadalara, idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, bütün sahələrdə olduğu kimi, müasir Azərbaycanda idman siyasətinin əsasının da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə ölkəmizin idman həyatında mühüm dövrün başladığını vurğulayıb. Həmin dövrdən etibarən bədən tərbiyəsi və idmanda kütləvilik təmin olunub və nəticədə idmançılarımız beynəlxalq yarışlarda fəxri kürsünün ən yüksək pillələrinə qalxıblar.

 

Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə qarşılıqlı əməkdaşlıq məsələləri barədə fikirlərini bölüşüb. O, bu əməkdaşlığın hər iki tərəfin mənafelərinə uyğun olduğunu, qarşılıqlı təcrübələrin öyrənilməsinin faydasını qeyd edib.

Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!