Modern.az

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı dəyişdirilir

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı dəyişdirilir

Parlament

15 Aprel 2024, 13:44

Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir.

 

Modern.az xəbər verir ki,bununla bağlı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarında" dəyişiklikdə qeyd olunub.

 

Dəyişikliyə görə, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr" fəslindən "Dihidrokodein" və "Properidin" çıxarılıb. Bundan başqa, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr" fəslinə "Dekstrometorfan" (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır) əlavə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!