Modern.az

Hadi Rəcəbli harada dəfn ediləcək? - YENİLƏNİB

Hadi Rəcəbli harada dəfn ediləcək? - YENİLƏNİB

Parlament

17 Aprel 2024, 09:17

Hadi Rəcəbli Yasamal Qəbristanlığında dəfn olunacaq.

 

Bu barədə Modern.az-a açıqlamasında Hadi Rəcəblinin köməkçisi bildirib.

 

"Dəfn mərasimi təxminən bu gün saat 2-3 arasında olacaq. Həqiqətən çox yaxşı bir insanı itirdik. Başımız sağ olsun".

 

***

09:04

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

 

Modern.az xəbər verir ki, bunu “Report”a açıqlamasında məhrum deputatın qardaşı İqbal Rəcəbli məlumat verib.

 

Onun sözlərinə görə, Hadi Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi Təzə Pir məscidində baş tutacaq.

 

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadi Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!