Modern.az

\"Mübarizəmizdə yanımızda olduğuna görə Azərbaycana təşəkkür edirik\"

\

18 Aprel 2024, 15:40

Azərbaycan dövlətinə bizə göstərdiyi dəstəyə, müstəmləkəçiliyə qarşı və müstəqillik mübarizəmizdə yanımızda olduğuna görə təşəkkür edirik.


Modern.az xəbər verir ki, bu barədə  Milli Məclisdə keçirilən "Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək" mövzusuna həsr edilmiş elmi konfransda Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayra bildirib.


“Yeni Kaledoniyada nümayişlərdə minlərlə insan küçələrə axışaraq həm kanak, həm də Azərbaycan bayrağını birgə qaldırıblar.  Doğrudan da, bizim üçün tarixi gündür. Çünki biz bu gün Azərbaycan Milli Məclisinin sədri ilə iki ölkə arasında əməkdaşlıq memorandumu imzaladıq. Bu özündə siyasi dəstəyi özündə ehtiva edir. Eyni zamanda, bundan sonra iqtisadiyyat, mədəniyyət, ətraf mühit kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Bizim üçün yeni bir səhifə açılır. Bu gün iki xalq arasında yeni tarixin başlanğıcını qoyuruq”, - deyə Naisseline Omayra qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü