Modern.az

Azay Quliyev Almaniyaya səfər edəcək

Azay Quliyev Almaniyaya səfər edəcək

Parlament

18 Aprel 2024, 16:58

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev aprelin 19-dan 24-dək “Lansvayler Seminarı”nda iştirak etmək üçün Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, Bundestaqın dəstəyi və ATƏT PA-nın təşkilatçılığı ilə keçirilən seminarda parlamentarilər münaqişələrin həllinin tarixi ssenariləri haqqında ekspertlərin fikirlərini dinləyəcək, ATƏT regionunda mövcud münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı reabilitasiyanın konkret məsələləri barədə müzakirələr aparacaqlar.

 

Səfər çərçivəsində Azay Quliyevin Almaniya Bundestaqının üzvləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Aksiyalara rəhbərlik edən Baqrat Qalstanyan qəzaya düşdü