Modern.az

Deputat: “Gələn il Bakıda Azərbaycan-Latviya forumu keçiriləcək”

Deputat: “Gələn il Bakıda Azərbaycan-Latviya forumu keçiriləcək”

Parlament

28 Oktyabr 2013, 13:08


“Baltik Forumu zamanı Latviya parlamentinə müraciətimiz əsasında Latviya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə iş qrupu çərçivəsində görüşümüz oldu. Həmin gün parlamentdə büdcə müzakirələri aparılsa da, bizi yüksək səviyyədə qəbul etdilər və beş fraksiyanın hər biri bizimlə görüşə gəldi”. Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Rövşən Rzayev deyib. O, Baltik Forumu çərçivəsində Latviyaya keçirdikləri görüşlər barədə danışarkən bildirib ki, azərbaycanlı deputatlar 9 oktyabr prezident seçkilərində bütün namizədlərə yaradılan bərabər şərait, xalqın yüksək faizlə seçkilərdə iştirakı, İlham Əliyevin yüksək faizlə prezidenti seçməsi, Azərbaycanın uğurları, habelə Dağlıq Qarabağ problemi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi haqqında beynəlxalq aləmdəki mövqelərə toxunulub. “Qeyd etdiklərimiz Latviya parlamentində dəstəkləndi və gələn ilin yaz aylarına Latviya parlamentinin sədrinin Azərbaycan parlamentinin sədrinin dəvəti əsasında Bakıya gəlməsi gözlənilir. Təklif olundu ki, həmin gəliş zamanı Azərbaycan-Latviya iqtisadi forumu keçirilsin və onlar da bunu dəstəklədilər. Təbii ki, hər iki tərəfdən bununla bağlı iş aparılacaq”.

R. Rzayev qeyd edib ki, Baltik Forumunda təhlükəsizlik, həm enerji təhlükəsizliyi, həm də ümumi regional təhlükəsizlik məsələləri müzakirə edilirdi. “Bildiyiniz kimi Fuad Muradov AVRONEST Parlament Assambleyasının Enerji komitəsinin sədridir. O bu barədə və Azərbaycanın Dağlıq Qarabağ problemi, etnik təmizləmə ilə bağlı fikirlərini bildirdi və bu müsbət də qarşılandı. Növbəti gün isə mən regional təhlükəsizliklə bağlı çıxışım oldu. Dağlıq Qarabağ məsələsi haqqında danışdım. Bir çox beynəlxalq forumlarda olduğu kimi, Baltika Forumundan da hər iki icmaların görüşünün keçirilməsi təklif olundu və bu dəstəkləndi. Qeyd edək ki, Baltik Forumunda iştirak etmək üçün Milli Məclisin deputatları Rövşən Rzayev, Fuad Muradov və Çingiz Əsədullayev oktyabrın 23-də Latviyaya səfər ediblər.  

 Aytən ƏLİYEVA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...