Modern.az

Əli Kərimli yalanlara görə üzr istəməlidir - Fəzail Ağamalı

Əli Kərimli yalanlara görə üzr istəməlidir - Fəzail Ağamalı

Parlament

19 Aprel 2024, 11:43

“Əli Kərimli və onun ətrafında olanlardan fərqli olaraq, düşünürdük ki, İlham Əliyev ölkədə erməni separatizminə son qoymağı başlıca hədəf götürüb. Prezident də bu yolda ən müxtəlif üsullardan istifadə edərək hədəfə nail oldu. Bu gün Əli Kərimli və onun ətrafında olanlar əgər özlərində zərrə qədər ləyaqət hissi daşıyırlarsa, prezidentin önündə baş əyərək ondan və Azərbaycan xalqından yalanlara görə üzr istəməlidir”.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı bildirib.


“Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Prezident İlham Əliyevin diplomatik məharətinin ən böyük uğuru və onun zirvəsidir. Əvvəldən də dövlət başçısının siyasətini dərk edən və onunla bərabər olan hər bir şəxs, Azərbaycan xalqının mütləq əksəriyyəti Vətən müharibəsindən sonra sülhməramlıların orada olmasını müvəqqəti hal kimi yanaşırdı”,- deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir