Modern.az

Komitə sədrindən Hesablama Palatası ilə bağlı TƏKLİF

Komitə sədrindən Hesablama Palatası ilə bağlı TƏKLİF

Parlament

19 Aprel 2024, 12:09

“Auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac vardır. Fikrimizcə, nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında lelektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, suni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda Palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaqdır”.

 

Moder.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

 

“Palata tərəfində Dövlət büdcəsi gərlilərin 95.4%, xərclərinin isə 77.6% nin auditinin aparılmasını mövcud imkanlar çərçivəsində məqbul hesab edirik.


Hesabat ilində palata tərəfindən monitorinq fəaliyyətinin genişləndirilməsini, verilən təkliflərini izlənməsinin artırılmasını təqdirəlayiq hal hesab edirik. Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir. Bunu üçün müəyyən marifləndirici alətlərdən də istifadə edilməsini vacib sayırıq. Hesabatda 2023-ci ildə aparılan  31  uyğunluq auditindən 27-də büdcə qanunvericiliyinin pozulması, yenə 27-də dövlət satınalmaları qaydalarının pozulması hallarına rast gəlinməsi göstərilmişdir. Ümumilikdə pozuntu hallarının say olaraq çox olması bu sahədə ixtisaslı kadrların daha çox hazırlanmasını və elektronlaşmanın tətbiqinin sürətlənməsini günümüzün vacib tələbinə çevirilib”,-deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər