Modern.az

Hadi Rəcəbli yeni vəzifəyə gedəcəyi barədəki xəbərdən danışdı

Hadi Rəcəbli yeni vəzifəyə gedəcəyi barədəki xəbərdən danışdı

Parlament

28 Oktyabr 2013, 16:07

Mətbuat Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə irəli çəkiləcəyilə bağlı məlumat yayıb. Modern.az saytı bu xəbərlərlə bağlı Hadi Rəcəblidən münasibət öyrənib.
Deputat adı hallanan xəbərlər belə reaksiya bildirib: 

“Artıq bir neçə gündür ki, mətbuatda mövcud vakansiyalarla bağlı mənim adım da hallanır. İlk növbədə yaxşı mənada bu fikri dilə gətirib səsləndirənlərə minnətdarlığımı bildirirəm. Eyni zamanda bu söhbətlərdən şou düzəldib, aləmi bir-birinə qatanlara, insanları qarşı-qarşıya qoyanlara birmənalı bildirmək istəyirəm ki, qara eynəklərini gözlərindən çıxarsınlar, həyata açıq gözlə baxsınlar. Ölkədə kadr siyasəti möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla ölçülü-biçili, sistemli şəkildə aparılır, ağıllı və peşəkar adamların irəli çəkilməsi ilə müşahidə olunur.
Bu gün tutduğum vəzifə, deputat missiyası, komitə sədrliyi, hakimiyyətin qanunvericilik qolunda ən hörmətli vəzifələrdəndir.
İşimdən və tutduğum mövqedən çox razıyam. Heç bir başqa vəzifədə gözüm yoxdur, iddialı deyiləm. Məni tanıyanlar bilir. şükranlı insanam. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm. Buna görə partiyamızın sədri İlham Əliyev cənablarına minnətdarlığımı və razılığımı bildirirəm.
Əlbəttə, sosial sahə üzrə ixtisaslaşmışam, bu sahədə elmlər doktoruyam. Elmi-pedaqoji fəaliyyətimi Prezident yanında İdarəçilik Akademiyasında davam etdirirəm.
Mən prezidentimizin əsgəriyəm, partiyamıza, xalqımıza və vətənimizə sədaqətlə xidmət edirəm.
Nə edəsən ki, cəmiyyətimiz bir cür düşünmür. Çoxpartiyalılıq var, fikir ayrılıqları mövcuddur. Son sözü xalqımız deyib, möhtərəm prezidentimizi yenidən seçib və ona ölkənin kadr siyasətini müəyyənləşdirməyi etibar edib.
Ölkədə son on ildə mövcud bütün uğurlar Heydər Əliyev siyasətinə sədaqətin, eyni zamanda dəqiq və səmərəli kadr siyasətinin nəticəsidir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...