Modern.az

İlham Əliyev son 3 əsrin qəhrəmanıdır - Zahid Oruc

İlham Əliyev son 3 əsrin qəhrəmanıdır - Zahid Oruc

Parlament

23 Aprel 2024, 11:41

“19 apreldə 4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır. Nəinki bir kənd, hətta bir ev də Vətəndir! Təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük corafiyalarda itirdiyimiz tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son 3 əsrin qəhrəmanına çevirir. Bir kəndin-Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan 4 kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir. Elə Rusiya-Ukrayna müharibəsində hər kənd uğrunda həyatını itirən minlərlə insanı gördükdə Ağdam, Kəlbəcər, Laçın, Zabux, Sus, o cümlədən 4 kənd üçün verilməyən şəhidlərimiz üzərindən hesablayanda qələbəmizin dəyəri daha  böyük görünür”.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc bildirib. 

 

“Rus dilində məşhur bir ifadə var- "sobiratel zemel!" Dilimizdə qarşılığı ona görə yoxdur ki, onu qazanan rəhbərimiz olmayıb. İndi sərhəd xətlərini ordunun və diplomatiyanın gücü ilə yenidən çəkən, Rəsulzadənin, Nərimanovun, Bağırovun yarımçıq qalan arzularını gerçəkləşdirən lider məhz sobiratel zemeldir! Torpaqları toplayanda millət də, dövlət də böyüyür. 

 

Prezident dünən kollektiv Qərblə savaşan Putinə onun 1960 nəfərlik ordusundan çox, məhz Azərbaycanın qlobal  fitvalara qoşulmadan, forpost olmadan, Bakıdan Mokvaya zərbə vurulmayacağına zəmanət verir. 

 

“Qarabağ işğal olunub” deyən Avropa Parlamenti, Fransadan fərqli olaraq, 19 aprel razılaşması Qərbin əleyhimizə apardığı etnik təmizləmə və ilhaq kampaniyasına da zərbə vurur, “Azərbaycanın Ermənistana hücum edəcəyi”nə dair son 6 ayda tirajlanan dezinformasiyaları alt-üst edir. Ona görə sazişi BMT Baş katibi, ABŞ Dövlət katibi, Avropa İttifaqının rəhbərləri və onlarla ölkənin xarici siyasət idarəsi də alqışlamalı oldu. 


Kəndlərin qaytarılmasına ya bütövlükdə, ya da birtərəfli olduğu üçün etiraz edən “26 sentyabr beyinli”lərə də Paşinyanın dili ilə cavab verməliyik. Erməni Baş nazir Bakının ultimatumunu son bir ayda iki dəfə Tavuş camaatına çatdırarkən xəbərdar etdi ki, əgər razılaşmasanız, regionda partlayış olacaq. Yəni, sadə dilə çevirsək, Paşinyan demək istəmişdi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”,- deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok