Modern.az xəbər verir ki, Milli Məclisin 29 oktyabr iclasında çıxış edən deputat Zeynəb Xanlarova deputatları Qarabağ məsələsindən danışmamaqda qınayıb.
Z.Xanlarova bildirib ki, Milli Məclisin iclaslarında bəzi deputatlar hər şeydən danışırlar, amma Qarabağ məsələsi yadlarına düşmür. O, xüsusilə Qarabağdan olan millət vəkillərini qınayıb. Zeynəb Xanlarova deyib ki, Milli Məclisdə Qarabağdan danışanlar daha çox Qarabağdan olmayan deputatlardır, qarabağlı deputatlar isə iclaslarda susmağa üstünlük verirlər.
”“Qarabağdan danışın, başqa ölkələrdə kimin kimə qulaq asması və baş verən hadisələr nəyə lazımdır. İstərdim ki, hər dəfə Qarabağdan danışaq. Qarabağdan danışanlar qarabağdan olmayanlardır” -deyə Zeynəb Xanlarova bildirib.
Modern.az