Modern.az

Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib

Parlament

30 Oktyabr 2013, 16:18

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib. İclasda ilk olaraq Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün nəzərdə tutulan büdcəsi açıqlanıb.

Fond sədrinin müavini Elman Mehdiyev qurumun gələn ilki büdcəsi haqqında məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Fondun gələn il üçün gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilin göstəricilərinə nisbətən 295, 18 milyon manat çoxdur: "Gəlirlərin 60.18 %-i və ya 1 milyard 780,4 milyon manatı məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək ki, bu da keçən ilə nisbətən 14, 19 % çoxdur. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək sosial sığorta haqları proqnozu 660, 4 milyon manat təşkil edir. Sosial sığorta daxilolmalar proqnozunun 60, 9 %-i qeyri-büdcə təşkilatlarının payına düşür. 2014-cü ildə dövlət büdcəsindən ayırmaların proqnozu 1 milyard 142 milyon manat nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 65 milyon manat çoxdur. Fondun gələn il üçün xərcləri 2 milyard 928, 5 milyon manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 295, 8 milyon manat çoxdur. Əmək pensiyalarının ödəniş xərcləri əhalinin ödənişlərinin 97, 4 faizini təşkil edəcək”.   Aytən Əliyeva  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...