Modern.az

Fransa regionda gərginliyin alovlanmasında maraqlıdır - Kamran Bayramov

Fransa regionda gərginliyin alovlanmasında maraqlıdır - Kamran Bayramov

4 May 2024, 14:22

İkinci Qarabağ müharibəsindən sonra Fransa-Azərbaycan münasibətləri son dərəcə pisləşib. Buna səbəb Fransanın Azərbaycana qarşı təxribatçı fəaliyyəti olub. Paris Ermənistanı Azərbaycana qarşı silahlandırır, rəsmi Bakının ünvanına əsassız ittihamlar səsləndirir.

 

Rəsmi Bakı bildirib ki, Fransa hökumət rəsmisinin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir.

 

Münasibətlərin gərginləşməsindən sonra Azərbaycanın Fransadakı səfirinin geri çağırılıb-çağırılmaması məsələsi gündəmə gəlib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası İşçi Qrupunun üzvü Kamran Bayramov bildrib ki, Fransa ömürboyu ermənipərəst olub, lakin son 3-4 ildə bu münasibət açıq müstəviyə keçib:

 

"Məsələ burasındadır ki, Faransa ilə Azərbaycan arasında tarixən normal münasibətlər mövcud idi. Bu münasibət son 3-4 ildə artıq pisləşməyə başlayıb. Bu da Fransanın ermənipərəst mövqeyi ilə bağlıdır. Sadəcə Fransa həmişə ermənipərəst mövqedə olub. Əvvəllər bunu gizlədirdisə, indi ermənipərəst mövqeyini açıq müstəviyə keçirib. 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanmasından sonra münasibətlərin dəyişilməsi təsadüfi deyil. Fransa Ermənistanın tərəfini tutmaqla, onun haqsız mübarizəsini qabartmaqla və təmin etməyə çalışmaqla Azərbaycanla münasibətlərə xələl gətirdi. Biz əminliklə deyə bilərik ki,  Azərbaycan-Ermənistan münasibətləri bu gün ən pis vəziyyətdədir. Fransa öz şəxsi adamlarının, dövlət qurumlarının dilindən Azərbaycana qarşı qarayaxma kampaniyasını aparır. Eyni zamanda öz mövqe və maraqlarını təmin edə bilmədiyi üçün Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır. Bu da özünü Fransanın Ermənistanı silahlandırmasında göstərir. Münaqişə tərəflərindən birini silahlandırmaq isə müharibə ehtimalını artırmaq mənasına gəlir.  Fransa maraqlıdır ki, regionda gərginlik alovlansın. Azərbaycan Prezidenti ötən günkü forumda açıq-aşkar bildirdi ki, Azərbaycan heç bir zaman Cənubi Qafqazın alovlanmasına imkan verməyəcək".

 

K.Bayramov Fransanın səfirini geri çağırıb sonra Bakıya yenidən yollamasını rüsvayçılıq adlandırıb:

 

"Fransa bir çox lazımsız addımlarla yaddaşda qaldı. Xatırladaq ki, aprelin 16-da Fransa Azərbaycana qarşı siyasi demarş edib. Belə ki, Makron səfirini məsləhətləşmə adı ilə Parisə geri çağırıb. Fransanın səfirinin regionda olmadığı bir vaxtda bir çox siyasi hadisə baş verdi. Qazaxıstan Prezidentinin Ermənistana səfəri, Astana şəhərinin  xarici işlər nazirləri üçün danışıq meydanı kimi təklif edilməsi baş verib. Eyni zamanda Rusiya sülhməramlıların Azərbaycandan çıxarılması, Prezidentimizin Rusiya və Almaniya səfərləri, Blinkenin həm Azərbaycana, həm də Ermənistana telefon zəngləri Fransanın iştirakı olmadan, xəbəri olmadan baş vermişdi.  Azərbaycanın səyləri nəticəsində Fransa bu gün regionda baş verən proseslərdən kənarda qalıb. Bu da çox rəmzi xarakter daşıyır. Cənab Prezident dəfələrlə, Fransanın qərəzli mövqeyi ilə Cənubi Qafqazda mövcudluğuna yol verilməməlidir deyib. Bu gün də onun siyasi və diplomatik cəhətdən regionda iştirakı sıfıra endirib. Aprel ayının 30-da isə Fransa səfiri geri qayıtdı. Bununla Fransa bir daha nümayiş etdirdi ki, o, nə siyasi, nə də diplomatik baxımından uzaqgörən siyasət həyata keçirir. Bu, sadəcə piar tədbirləri idi. Fransa səfirini geri çağırmaqla gözləyirdi ki, onun tərəfdaşları da eyni addımı atacaq. Amma bu, alınmadı. Yəni Fransa özünü biabır etdi. Səfiri geri qaytarmaqla özünü ikiqat rüsvay eləmiş oldu".

 

Deputat Azərbaycanın kəskin addımlar atacağını düşünmür:

 

"Mən düşünmürəm ki, Azərbaycan hər hansı daha kəskin addımlar atsın. Azərbaycan istənilən ölkə, eləcə də Fransa ilə dialoq üçün yer saxlayır. Amma təbii ki, Farnsanın mövqeyindən asılı olacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var