Modern.az

ABŞ rəsmi olaraq Azərbaycanın yaratdığı reallıqları QƏBUL ETDİ

ABŞ rəsmi olaraq Azərbaycanın yaratdığı reallıqları QƏBUL ETDİ

Parlament

6 May 2024, 17:15

ABŞ-ın Bakıdakı səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə bu gün işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib. Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşüb, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olub və Cıdır düzünü gəzib. 

 

Qeyd edək ki, Mark Libbi bir neçə gün öncə Azərbaycan mediasına açıqlamasında Şuşanı "qaytarılmış ərazi" adlandırmış və "şounun iştirakçısı olmaq üçün getmək istəmirəm" demişdi. Səfirin bu açıqlaması Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurmuşdu.

 

ABŞ səfirinin Şuşaya səfəri ermənilərin qəzəbinə səbəb olub. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov vurğulayıb ki, ABŞ səfirinin Şuşaya səfəri hər şeyi açıqlayır:

 

“Mark Libbinin Şuşa və Füzuliyə səfəri özü hər şey haqqında danışır. Şəkillərə baxmaq məncə kifayətdir. Azərbaycan öz suverenliyi bərpa edib və hamı buna hörmətlə yanaşır".

 

O, Fransa səfirinin Qarabağa səfər etməməsindən də danışıb: "Bu ölkənin regiondakı geopolitik məqsədləri Azərbaycanın maraqlarına xidmət etmir. Ona görə də Fransa regionda istəyinə çata bilmir. Buna görə də Fransanın Azərbaycana qarşı münasibəti qeyri-dostdur”.

 

Milli Məclisin deputatı Elman Məmmədov diplomatın Qarabağa səfəri barədə danışarkən deyib ki, Azərbaycan öz üzərinə düşən işi görüb:

 

"Ərazilərimizi terrorçulardan, işğalçılardan azad etmişik. Beynəlxalq miqyaslı səyyahların, qurumların, Qoşulmama Hərəkatı üzvlərinin o ərazilərə səfərinin məqsədi ermənilərin törətdiyi vəhşiliklər, dağıdıcı işləri və əraziləri azad etdikdən qısa müddət sonrra ərazilərdə nələr etmişik, hansı tikinti-quruculuq işlərini həyata keçirmişiksə, göstərməkdir. Yəni erməni vəhşiliyi və bizim ququculuq-yaradıcılıq işlərimiz müqayisə olunmalıdır.  Qoy, müqayisə etsinlər”.

E.Məmmədov ABŞ səfirinin səfərini belə şərh edib: “ABŞ səfiri getmək istəmirdi, indi nəsə getdi. Amerika səfirinin də artıq bu məsələdə öz mövqeyini nümayiş etdirməsi tək səfirin mövqeyi deyil, ABŞ-nin mövqeyidir. Azərbaycan olaraq biz istəyirik ki, bütün dövlətlərlə  münasibətlərimiz yüksək səviyyədə  inkişaf etsin. Bizim mövqemiz əməkdaşlıqdır. Bu mövqeyə əməl etməyənlərlə təbii ki, münasibətlərimiz də normal səviyyədə olmayacaq. Bizim çağırışımız bütün dövlətlərlə sülh və inkişafdır”.

 

Fransa səfirinin hələ də Qarabağa səfər etməməsinin səbəbini isə deputat belə izah edib:

 

“Fransa xalqı böyük tarixə malikdir, bizim onlarla heç bir problemimiz yoxdur. Fransa xalqı və dövləti ilə münasibətlərin ən yüksək səviyyədə inkişafını istəyirik. Amma çox təəssüf ki, bu gün Fransa xalqına və dövlətinə Emmanuel Makron adında milli mənşəyi yoxlanılsa, biraz əvvələ gedilsə, bir erməni “dığası” olan adam rəhbərlik edir. Bu da Fransa xalqına və dövlətinə heç vaxt hörmət gətirməz. Biz bütün dünyaya sülh mesajı veririk. Eyni zamanda qonşu Erməni dövləti ilə də sülh şəraitində yaşamaq üçün mesaj və təkliflərimizi veririk. Heç bir vasitəsiz sərhədlərdə delimitasiya işləri başlayıb və bu proses inşallah inkişaf edəcək. Əgər Makron kimiləri prosesə müdaxilə etməsələr”.

 

Milli Məclisin deputatı Kamran Bayramov qeyd edib ki, Mark Libbinin Şuşa və Füzuliyə səfəri ABŞ-nin Azərbaycanın yaratdığı yeni reallıqlarla barışdığını göstərir:

 

“Səfir Mark Libbi özünün bir neçə gün əvvəl verdiyi və Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayan müsahibəsinə cavab olaraq, həmin ərazilərə səfər edir. Bu o deməkdir ki, ABŞ rəsmi olaraq Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Eyni zamanda ABŞ Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini göstərir. Səfəri belə qəbul edirəm. Çox yaxşı haldır ki, ABŞ-nin səfəri özü ərazilərdə gedən geniş miqysalı bərba-quruculuq işləri ilə yaxından və şəxsən tanış olacaq. Orada erməni separatçılarının Azərbaycan xalqına qarşı vəhşiliklərinin, torpaqlarımızın məhvinin, dini,mədəni abidələrimizin dağıdılmasının sübutları ilə Mark Libbi yaxından tanış olacaq”.

“Düşünürəm ki, ABŞ-nin  Azərbaycadakı səfirində ərazilərlə bağlı düzgün rəy yaranacaq. Bu ərazilərlə bağlı yanlış, uydurma məlumatlara əhəmiyyət verməyəcək”,- Kamran Bayramov əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi