Modern.az

Milli Məclisdə Avropa Parlamentinin üzvü ilə görüş - FOTO

Milli Məclisdə Avropa Parlamentinin üzvü ilə görüş - FOTO

Parlament

13 May 2024, 17:40

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 13-də Avropa Parlamentinin deputatı Xaviyer Nart ilə görüşüblər.

 

Parlamentdən Modern.az-a verilən məlumata görə, tərəflər arasında Cənubi Qafqazda və Avropa məkanında gedən proseslər, regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində parlament diplomatiyasının rolu və əhəmiyyəti barədə söhbət aparılıb.

 

Söhbətdə Azərbaycanla Ermənistan arasında delimitasiya sahəsində görülən işlər, bölgədə sülhün bərqərar olması üçün aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb, eləcə də Qərb dairələrinin prosesə ikili standartlardan yanaşmasının regionda sülh prosesinə vurduğu ciddi ziyan qeyd olunub.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da danışılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu