Modern.az

Deputatlar ötən ilin büdcəsinin icrasını müzakirə edəcək

Deputatlar ötən ilin büdcəsinin icrasını müzakirə edəcək

Parlament

15 May 2024, 10:30

"2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.

 

Bu barədə Modern.az-a parlamentdən məlumat verilib.

 

Qanun layihəsi gələn həftə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, Maliyyə Nazirliyinin operativ məlumatına görə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16%), xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7%) təşkil edib.

 

Məlumatı ilk olaraq "report.az" saytı yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi