Modern.az

Azərbaycan Şimali Kipri tanıya bilər - Parlament sədri DANIŞDI

Azərbaycan Şimali Kipri tanıya bilər - Parlament sədri DANIŞDI

Parlament

16 May 2024, 14:36

Son dövrlər Azərbaycanla Şimali Kipr arasında əlaqələrdə mühüm inkişaflar yaşanıb. Milli Məclisdə Şimali Kiprlə parlamentlərarası işçi qrupu yaradılıb. Qrupun sədri Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Bu həftə isə deputatlar Şimali Kiprə səfər edib, orada respublikanın prezidenti Ersin Tatar və digər rəsmi şəxslərlə görüşlər keçiriblər.

 

Yaxın günlərdə Şimali Kipr Türk Respublikasının parlamentinin sədri Zorlu Töre Azərbaycana səfəri də gözlənilir.

 

O, nümayəndə heyətinin səfəri ilə bağlı Modern.az-a bildirib ki, görüşlərdə iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi mövzusu müzakirə olunub:

 

“Azərbaycan və Türkiyə deputatlarının Şimali Kipr Türk Respublikasına səfəri çox səmərəli keçdi. Bundan sonra yenidən Azərbaycan -Şimali Kipr-Türkiyə parlament nümayəndələrinin növbəti görüşü planlaşdırılır. Görüş böyük ehtimalla Bakıda baş tutacaq. Digər tərəfdən Azərbaycan parlament nümayəndələrinin bura səfəri zamanı iqtisadi, siyasi, mədəni və digər mövzular müzakirə olundu. Qarşılıqlı əlaqələrin daha da güclənməsi, azadlığımıza dəstəyin verilməsi bizim üçün çox vacibdir. Türkiyədən sonra Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Şimali Kiprin tanınması yönündə çalışmaların olduğunu da demək lazımdır. Bu mövzular parlament nümayəndələri arasında geniş müzakirə olundu, deyə bilərəm ki, növbəti addım kimi bunu görə bilərik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi