Modern.az

Azay Quliyev Lissabona gedir

Azay Quliyev Lissabona gedir

Parlament

18 May 2024, 20:10

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev Portuqaliya parlamenti və ATƏT PA-nın birgə təşkilatçılığı ilə keçiriləcək “Süni intellekt dövründə təhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda iştirak etmək üçün mayın 19-da Portuqaliya Respublikasının Lissabon şəhərinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, konfrans çərçivəsində “Süni intellekt və onun ATƏT regionuna təsirinin başa düşülməsi”, “Demokratiyanın mühafizəsi və süni intellekt vasitəsilə inkişafın təşviq edilməsi” və “Süni intellektin tənzimlənməsi - milli parlamentlərin rolu” adlı panellərin təşkil olunması nəzərdə tutulur.

 

Səfər mayın 21-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?