Modern.az

"Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"

Parlament

20 May 2024, 16:26

“Qohum olmayan evliliklərdə əngəlli uşaqların doğulması 2-4 faizdir. Amma qohumluq olanda bu göstərici 4-8 faizdən çoxdur. Bu onu göstərir ki, ölkəmizin genefonduna böyük zərbə dəyir”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova deyib.

 

“Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilib. Bu, birinci dərəcəli qohumlar arasında qadağandır. İkinci dərəcəli - xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi? O qədər gözəl qanunlar var, amma işlək mexanizm yoxdur. Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir”,- deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi