Modern.az

42 deputat növbədənkənar sessiya keçirilməsini istəyir - SƏBƏB

42 deputat növbədənkənar sessiya keçirilməsini istəyir - SƏBƏB

22 May 2024, 09:39

Milli Məclisin deputatları növbədənkənar sessiyanın çağırılması üçün imza toplamağa başlayıb. Qeyd edək ki, parlamentin yaz sessiyası may ayının 31-də başa çatır. Daxili Nizamnaməyə əsasən, Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, sessiyanın növbədənkənar çağırılması ilk növbədə qanunvericilik məsələləri ilə bağlıdır.

 

"Olduqca aktual, qəbul olunması vacib olan qanunlar Milli Məclisə təqdim olunur. Həmin qanunların qəbul olunması üçün növbədənkənar sessiyalara imza atılır. Bu da növbəti təşəbbüslərdəndir. Burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur", - o qeyd edib.

 

Deputat növbədənkənar sessiyanın parlament seçkiləri ilə əlaqəli olmasına dair fikirlərə də münasibət bildirib.

 

"Növbədənkənar seçkilərlə bağlı heç nə deyilmədiyi üçün Milli Məclisdə nə danışıla bilər? Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib. Bundan o tərəfə rəsmi məlumat yoxdur", - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi