Modern.az

"Deputatlar Məzahir Pənahovun ağzından bir söz eşidiblər" - Sabir Rüstəmxanlıdan qəribə REAKSİYA

Parlament

21 May 2024, 17:48

Milli Məclisin deputatları növbədənkənar sessiyanın çağırılması üçün imza toplamağa başlayıb. Parlamentin yaz sessiyası may ayının 31-də başa çatır.

 

Daxili Nizamnaməyə əsasən, Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.

 

Mətbuatda və sosial şəbəkələrdə növbədənkənar sessiyanın parlament seçkiləri ilə əlaqəli olduğuna dair iddialar yayılıb.

 

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında parlamentin növbədənkənar sessiyasının çağırılmasına imza atmadığını bildirib.

 

"Mən imza atmamışam. İki daşın arasında buna nə ehtiyac var? Parlamentin 5 illiyi gələn ilin fevralında tamam olur. İrəli atılanda da konstitusiyaya ziddir, geri çəkiləndə də. Deputatlar şəxsi təşəbbüsləri ilə MSK sədri Məzahir Pənahovun ağzından bir söz eşidiblər. Mən o kampaniyada yoxam".

 

Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə Parlament seçkiləri keçirilməlidir. Lakin noyabr ayında Bakıda COP29 keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə Parlament seçkiləri qabağa çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi