Modern.az

Fazil Mustafa Rəisinin dəfn mərasimində iştirak edəcək? - AÇIQLAMA

Fazil Mustafa Rəisinin dəfn mərasimində iştirak edəcək? - AÇIQLAMA

Parlament

22 May 2024, 10:27

Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən digər şəxslərin bu gün Tehran şəhərində keçiriləcək rəsmi anım mərasimində bir sıra dövlətlərin nümayəndələri iştirak edəcək.

 

Azərbaycandan gedəcək nümayəndə heyətinə Baş nazir Əli Əsədovun rəhbərlik edəcək. Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

 

Bəs Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzv Fazil Mustafa nümayəndə heyətinin tərkibində iştirak edəcək?

 

Modern.az məsələ ilə əlaqədar deputat Fazil Mustafa ilə əlaqə saxlayıb.

 

O saytımıza açıqlamasında məsləhət olacağı təqdirdə nümayəndə heyətinin tərkibində iştirak edəcəyini söyləyib:

 

"Ümumiyyətlə, belə qərarın verilməsi Azərbaycanla İran arasında qonşuluq,dostluq münasibətlərinin bir göstəricisidir. İrana səfər edəcək nümayəndə heyətinin tərkibində məsələhət olan şəxslərin iştirakı nəzərdə tutula bilər. Əgər məsləhət olunsa, mən də İrana gedəcək nümayəndə heyətinin tərkibində iştirak edə bilərəm. Dövlətimizin marağı üçün lazımdırsa, buna hazıram. Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun bütün üzvlərinin orada mütləq iştirakı nəzərdə tutulmur. Yəqin ki, məsləhət olunan şəxslərin təmsilçiliyi nəzərdə tutulacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?