Modern.az

Deputatalar NATO PA-nın sessiyasında iştirak edəcəklər

Deputatalar NATO PA-nın sessiyasında iştirak edəcəklər

Parlament

23 May 2024, 09:36

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı mayın 24-də NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, sessiya çərçivəsində qurumun Siyasi, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya, Demokratiya və təhlükəsizlik komitələrinin iclası keçiriləcək.

Parlament Assambleyasının plenar iclasının gündəliyinə Asiyada iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq, Qara dəniz bölgəsində təhlükəsizlik, İqlim dəyişikliyi problemləri, texnoloji çağırışlar, müttəfiq ölkələr tərəfindən süni intellekt də daxil olmaqla yeni və inkişaf etməkdə olan texnologiyaların tənzimlənməsi və onlardan istifadə üsulları, Dezinformasiya ilə mübarizə və digər məsələlər daxil edilib.

Səfər mayın 28-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?