Modern.az

İqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib - Komitə sədri

İqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib - Komitə sədri

Parlament

23 May 2024, 11:11

"Ötən il Azərbaycanda 111,6 milyad manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı proqnozlaşdırılsa da, faktiki rəqəm 123 milyard manat olub, ÜDM-in real artım tempi 1,1 % təşkil edib”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında - "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.


Komitə sədri bildirib ki, 2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub:


“İqtisadiyyatda artım izlənilib, bu artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib. Ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 0,5 % artımla 12,1 min manat olub. Qeyri-neft qaz sektoru üzrə ÜDM-in real artım tempi 3,7 %, payı 63,2 %, neft qaz sektoru üzrə ÜDM-in real artım tempi 1,7 %, payı 36,8 % olub. Neftin büdcə qiyməti 60 ABŞ dollarından götürülsə də, "Azeri Light" markalı "qara qızıl"ın bir barelinin orta illik qiyməti 43,5 % çox - 86,1 ABŞ dolları təşkil edib. Azərbaycanda əhalinin nominal gəliri 12,8 % artaraq 78,1 milyard manat olub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi