Modern.az

Biz niyə daxili dövlət borcundan danışmırıq? - Deputat

Biz niyə daxili dövlət borcundan danışmırıq? - Deputat

Parlament

23 May 2024, 12:52

“Biz niyə daxili dövlət borcundan danışmırıq? Əvvəl daxili borclanma 4 milyard manat idi. İndi 15 milyarda yaxınlaşıb”. 


Modern.az xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.


“Daxili dövlət borcunun bu qədər yüksək olması problemlərə gətirib çıxaracaq. Əgər qeyri-neft sektorunun inkişafından danışırıqsa gəlin idxalı azaldaq. Niyə idxalı azalda bilmirik? İdxalla birgə ölkəyə inflyasiya və s. gəlir. İdxalın strukturu ilə ciddi məşğul olmalıyıq”, - deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti