Modern.az

Qənirə Paşayevanın yerinə bu deputat GƏTİRİLİR

Qənirə Paşayevanın yerinə bu deputat GƏTİRİLİR

Parlament

23 May 2024, 17:15

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə bir məsələ daxil edilib.

 

Komitə üzvləri “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsini müzakirə edib.

 

Qərar layihəsində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədrinin dəyişdirilməsi öz əksini tapıb. Qərara əsasən, bu vəzifəyə Kəmallədin Qafarovun gətirilməsi təklif edilir.

 

Qeyd edək ki, sözügedən işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. O, 28 sentyabr 2023-cü ildə vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?