Modern.az

Qadınlar işə bir saat gec gəlib, 1 saat tez çıxsın! - TƏKLİF

Qadınlar işə bir saat gec gəlib, 1 saat tez çıxsın! - TƏKLİF

Parlament

24 May 2024, 12:36

Milli Məclisdə ailəli və uşaqlı olan qadınların işə bir saat gec gəlib, bir saat tez çıxması təklif edilir.


Modern.az xəbər verir ki, bu təkliflə deputat Tahir Rzayev çıxış edib. 


O bildirib ki, uşaqlı olan qadınların üzərinə böyük vəzifələr düşür, ona görə də bu güzəştlər edilməlidir.

 

“Qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir. İşdən gəldikdən sonra isə ev işləri ilə uşağının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiniz. Ona görə də bu təklif nəzərdən keçirilməlidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?