Modern.az

"90 faiz əhali ərizə yaza bilmir" - Deputatın fikri mübahisəyə səbəb oldu

Parlament

24 May 2024, 13:40

“Xüsusən rayon və kəndlərdə hüquqi savadsızlıq tüğyan edir”.


Modern.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında deyib.


“Az qala 90 faiz əhali heç ərizə yaza bilmir, nəinki adi hüquqi prosedurları bilsin. Onun üçün də Komitəyə bu vəzifəni həyata keçirmək üçün əlavə vəsait nəzərdə tutulsun”.


Deputat Hikmət Babaoğlu isə cavab olaraq bildirib ki, deyilən fikirlə razı deyil: “Mən belə şeyləri mən qəbul etmirəm. Azərbaycan qadınlarının 90 %-i heç ərizə yaza bilmir deyilir. Azərbaycan qadınları folklorun bütün janrlarında qoşma, gəraylı, şeir və s. hansı formada deyirsiniz nümunələr yaradıb. Necə yəni 90 % yazı yaza bilmir?! Azərbaycanda yazıb oxumaq 100 %-dir. Maşallah bütün qadınlarımız yazmağı da, oxumağı da bilirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?