Modern.az

Deputatlar MDB PA-nın komissiya iclaslarında iştirak edib

Deputatlar MDB PA-nın komissiya iclaslarında iştirak edib

Parlament

25 May 2024, 13:33

Milli Məclisin deputatları Rauf Əliyev, Jalə Əliyeva, İltizam Yusifov və Sabir Hacıyev MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman, İqtisadiyyat və maliyyə, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və Hüquqi məsələlər üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün 21-26 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərinə səfər ediblər.

Modern.az-ın məlumatına görə, keçirilən işgüzar iclaslar zamanı “Rəqəmsal media resursları mühitində elektron kommunikasiya haqqında”, “Strateji planlaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Paytaxtların, dövlət əhəmiyyətli şəhərlərin və region mərkəzlərinin statusu haqqında”, “Dövlət kadastr qiymətləndirməsi haqqında” və digər model qanun layihələri müzakirə olunaraq bir sıra təşkilatı məsələlərə baxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?