Modern.az

Fransanın COP29-da iştirakı qadağan olunmalıdır - Deputatlardan sərt açıqlama

Fransanın COP29-da iştirakı qadağan olunmalıdır - Deputatlardan sərt açıqlama

Parlament

25 May 2024, 16:54

Bu gün Paris Şəhər Şurası Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar imzalayıb. Fransanın dünyada iqlim dəyişikliyinin baş verdiyi bir vaxtda qlobal miqyaslı tədbiri boykot etməsi diqqət çəkir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki,COP29-un Azərbaycanda keçirilməsinin səbəbindən danışıb:

 

“Bu, bir ölkənin qərarı deyil. Dünya dövlətlərinin Azərbyacana böyük etimadı var. Bunun isə bir çox aspektləri mövcuddur. Azərbyacanın Qoşulmama Hərəkatında institutlar yaratmasını, bütün bəşəri dəyərlərə sadiqliyini gördü. Bütün dünya, eləcə də Fransa kimi böyük dövlətlər COVİD-19 zamanı vaksinləri monopoliyaya götürmüşdülər, baqa ölkələrə vermək istəmirdilər. Amma Azərbaycan 30-dan çox ölkəyə yardım əli uzatdı. Azərbaycan bəşəri dəyərlərə xidmət  edən qərarların, qanunların tərəfdarıdır. O beynəlxalq konvensiyalara qoşulub. O cümlədən transsərhəd sualara, iqtlim dəyişikliyinə münasibətinə görə fərqlənir. Azərbaycan 2030-cu ilə qədər emmisyanın 35 faiz azaldılmasını öhdəlik götürüb. BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, yerinə yetirilmir, ermənilər ərazilərimizdən çıxmırdılar. Dünya dövlətləri artıq bu qətnamələrə dırnaqarası kimi baxırdı. Azərbaycan BMT-nin qərarlarını icra edən dövlət oldu.Dövlətimiz işğaldan azad etdiyi ərazilərdə təbii resurslardan səmərəli istifadə ilə yanaşı, həmin yerləri, üstəgəl Naxçıvanı yaşıl zona elan edib sıfır tullantıya  nail olmağı hədəf götürüb. Milli prioritetlər içərisində məhz ekologiya və təmiz ətraf mühit xüsusi yer tutur. BMT-nin 17 məqsədi var. Bunlardan 5-6-sı birbaşa ətraf mühitlə bağlıdır. Azərbaycan ora 18-ci maddəni əlavə edib.Bu da ölkələrin minalardan təmizlənməsi ilə bağlıdır. Azərbaycan dünyada bu gün ədalət simvolu kimi tanınır".

 

 

S.Qurbanov Fransanın hər zaman qərəzli olduğunu vurğulayıb:

 

"Kiminsə, Azərbaycanın ev sahibliyini boykot etməsi bizim həyata keçirdiyimiz bu qədər işlərin yanında maddi nöqtədir. Azərbaycan bərpaolunan enerji sahəsində nəinki öz daxilində Macarıstan, Rumınya, Gürcüstanda mühüm işlər həyata keçirir. Azərbaycan BP kimi böyük şirkətlərlə bərpaolunan, külək-günəş  enerjisinin istismarında yeniliklərə imza atır. Sadaladıqlarımızın yanında kimin nəsə deməyi gülüncdür. Bizim neft ölkəsi olmağıımızı bəhanə gətirilər. Cənab Prezident çox yaxşı bəyan etdi ki, ərazimizdə neft  olması bizim günahımızdımı?. Lakin biz qalıqla bərpaolunan enerji sahəsində  böyük yatırımlar edirik. Ona görə də kiminsə nəsə deməsi, hansısa formada təzyiq metodundan istifadə etməsi mənasızdır. Fransa həmişə qərəzli dövlət olub. Azərbaycanla Fransa arasında böyük fərqlər var. Azərbaycanın bir zəngin iş adamı, Zeynəlabidin Tağıyev Pakistana 300000 vaksin göndərib onları xilas edəndə  Fransa Ruandada, Yeni Kaledoniyada, digər Afrika ölkələrində insanları qırırdı. Bizim bəşəriyyətə yanaşmamızdakı fərq bax budur. Yağış yağıb çartdaqlar örtülüb, guya Fransa demokratiya ixrac edir? Demokratiyanın fundamental dəyərlərini bu ölkə araşdırsın, görsün ki, Azərbaycanla özünün fərqi nədir? Biri süngü ilə, digəri  isə elmlə, ağılla bəşəriyyətə Nizamilər, Füzulilər, İkinci Dünya Müharibəsinin taleyini həll edən Yusif Məmmədəliyev kimi insanlar yetirib. Belə bir xalqla zarafat etmək olmaz. Bunu Fransa annlamalıdır".

 

Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası İşçi Qrupunun üzvü Elman Məmmədov söyləyib ki, Fransa COP29 kimi dünya əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsini  həzm edə bilmir:

 

"Fransa özünün işğalçılıq siyasətini davam etdirir. Dünya Birliyi, BMT, insan hüquqlarında boğazdan yuxarı dəm vuranlar buna göz yumur, hətta bəzən ona bəraət də qazandırırlar. İnsan hüquqlarını pozan, işğalçılıqla, talançılıqla məşğul olan və özünün son 300 ilində müxtəlif dövlətlərdə, müəyyən xalqlara qarşı soyqırımı törədən Fransa bu gün abırını- həyasını itirib haqq-ədalətdən danışmaq və kimlərisə günahlandırmaq fikrindədir. Bu gün hələ də əsarət altında saxladığı xalqların azadlıq hərəkatına başlamasında Azərbaycanı günahlandırmağa çağırır. COP29 kimi dünya əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsini  həzm edə bilmir. Belə hesab edirəm ki, bu tədbirin təşkilatçıları, Fransa kimi müstəmləkəçi, işğalçı dövləti o tədbirə dəvət etməməlidir. Tədbirin Azərbaycanda keçirilməsi artıq qəbul olunub. Ən yüksək səviyyədə də bu tədbir keçiriləcək. Azərbaycanın dünyada günü-gündən artan nüfuzuna bu tədbir növbəti töhfə olacaq. Fransa bunu qəbul edə bilmir".

 

 

E.Məmmədov Fransanın hər hansı boykotunun Azərbaycan üçün əıhəmiyyətinin olmadığını qeyd edib:

 

" Fransa nə edir? Ermənistan qalıb bir qıraqda Fransa Prezidenti dəridən-qabıqdan çıxır ki, niyə Ermənistan Azərbaycanla müharibə etmir, niyə sərhədlərin delimitasiyası prosesi müsbət şəkildə irəliləyir və dövlətlər sülhə gedirlər. Fransanın abırı-həyası varsa, dönüb özlərinin etdiklərinə baxsınlar. Makron Yeni Kaledoniyaya gedib əraziyə yeni hərbi kontingent və jandarma göndərəcəyini, yerli insanların azadlıq istəyini boğacağını deyir. Vaxtilə işğalçı ermənilər ərazimizdən könüllü çıxıb gedəndə ağız dolusu danışan beynəlxalq qurumlar indi niyə susurlar? Niyə Makrona cəza, sanksiya tətbiq etmirlər?  Bütün bunlara nəzər yetirəndə hörmətli Ziyafət Əsgərovun “beynəlxalq  hüququn gücü yoxdur, gücün hüququ var” sözləri yadıma düşür. Belə çıxır ki, Fransa güclü olduğu üçün istənilən ölkəni boğa, ona iradəsini qəbul etdirə bilər. Amma Fransa Azərbaycanıbaşqa ölkələrlə səhv salır. Azərbaycan müstəqil, suveren dövlətdir. Azərbaycanda insan hüquqları təmin olunub, qorunur. Azərbaycan heç kəsin sözü ilə oturub-durmur.  Fransanın bu tədbirə gəlib-gəlməməsi,yaxud onu boykot etməsi Azərbaycan üçün əhəmiyyətli deyil".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?