Modern.az

Rayonlarda 700-800 manatlıq iş yerləri açılmalıdır - Deputatdan TƏKLİF

Rayonlarda 700-800 manatlıq iş yerləri açılmalıdır - Deputatdan TƏKLİF

Parlament

27 May 2024, 12:24

"Əgər iqtisadi artımla bağlı proqnoz özünü doğrultmayacaqsa, onun əsasında hazırlanan dövlət büdcəsində dəqiqləşdirmələrə ehtiyac olacaq".

Modern.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  bildirib.

"Bu məqamda sosial proseslərin tənzimləməsinə əlavə vəsaitlərin yönəldilməsinə ehtiyac var. Son 10 ildə Azərbaycanda minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 10 faiz bəndi artaraq 35 %-ə çatıb, amma bu göstərici məqbul deyil. Bu rəqəmin 594 manat olması istiqamətində addımlar atılmalıdır. Eyni zamana regionlarda yeni 700-800 manatlıq iş yerləri açılmalıdır ki, əhali Bakıya axışmasın. Bununla yanaşı,  Bakının tıxacını da aradan qaldıra bilərik. Rayonlarda 800 manat maaş alan Bakıya 1000 manat üçün gəlməz” - deyə Ə.Məsimli əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi