Modern.az

Deputatların tətili təxirə salındı - Növbədənkənar sessiya olacaq

Deputatların tətili təxirə salındı - Növbədənkənar sessiya olacaq

31 May 2024, 12:58

Yaz sessiyası başa çatdıqdan sonra Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.

 

Modern.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyaları Milli Məclisin sədri, Azərbaycan Prezidenti və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırılır.

 

Spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib.

 

Qeyd edək ki, deputatlar bu gün tətilə getməli idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu