Modern.az

Abel Məhərrəmov magistrlərə möhlət istədi: "Yoxsa bu, bizi ölümə aparacaq"

Abel Məhərrəmov magistrlərə möhlət istədi: "Yoxsa bu, bizi ölümə aparacaq"

Parlament

13 Noyabr 2013, 14:07

“Magistatura və doktoranturada oxuyan oğlanlar hərbi xidmətdən azad olunmalıdır”. Modern.az bildirir ki, bu sözləri Bakı Dövlət Unversiteinin rektoru, deputat Abel Məhərərmov Milli Məclisin bugünkü iclasında deyib.

“Onların hərbi xidmətdən azad olunma məsələsi üzərində ciddi düşünülməlidir. Yoxsa bu, bizi ölümə aparacaq”-deyə deputat vurğulayıb.

Rektor həmçinin xaricdə dövlət heabına oxumağa göndərilmiş tələbələrin təhsilini bitirdikdən sonra ölkəyə qayıtmamalrından narazlıq edib.

“Xaricə tələblər göndərilir. Yoxlanılıb ki, o göndərilən tələbələrdən hansı biri universitetdə işləyir? Biz o tələbələri göndəririk ki, gedib orada təcrübəni öyrənsinlər və gəlib ölkədə tətbiq etsinlər. Amma xaricdə oxumağa gedən qayıdıb işləmir. Hökümət o tələbələrə bu qədər pul ayrır. Bu pulun hesabına texnika alıb universiteti inkişaf etdirərəm”-deyə A.Məhərrəmov narazılıqla qeyd edib.

Universitetin yataqxana problemindən danışan rektor-deputat deyib: “Deyirsiniz ki, universitet niyə qabağa gedə bilmir? Mən cavab verirəm. Dünyada 150 min universitet var. 20 min top universtet arasında bizim yerimiz 602-cidir. Biz 100 balı yataqxanaya görə ala bilmirik. 15-20 min tələb oxumaq istəyir, amma yataqxanamız yoxdur”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...