Modern.az

Albaniyalı deputatlar Milli Məclisdə olublar

Albaniyalı deputatlar Milli Məclisdə olublar

Parlament

11 İyun 2024, 17:16

İyunun 11-də Albaniya parlamentinin üzvləri Eduard Şalsi və Arben Pellumbi Milli Məclisdə olublar.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, Milli Məclisin Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Etibar Əliyevlə görüşdə dövlətlərarası münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə edilib, iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin inkişafında ölkə başçılarının xüsusi rolu vurğulanıb.

 

İkitərəfli əlaqələrin dərinləşdirilməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, imzalanan sənədlərin rolu diqqətə çatdırılıb, dövlət başçılarının dostluq münasibətlərinin, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini hədəfləyən strateji baxış və qərarlarının əhəmiyyəti qeyd edilib.

 

Azərbaycana səfərin məqsədləri barədə məlumat verən qonaqlar keçirilən görüşləri, aparılan danışıqları yüksək qiymətləndiriblər. Onlar iyunun 10-da keçirilən Azərbaycan-Albaniya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 1-ci iclasının, imzalanan sənədlərin ölkələr arasında çoxşaxəli əməkdaşlığın dərinləşməsində əhəmiyyətini bildiriblər.

 

Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əliabbas Salahzadə iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini deyib, qanunverici orqanlarımız arasında mövcud əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.

 

Söhbət zamanı Albaniya parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə yenidən formalaşdırılmasının vacibliyi vurğulanıb, parlamentarilərimizin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyi bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?