Azərbaycanda uzun müddətdir müzakirəsi gözlənilən “Diffamasiya haqqında” Qanun layihəsinin qəbul olunmayacaq. Belə ki, sözügedən qanun layihəsi Milli Məclisin gündəliyindən çıxarılıb. Parlamentdən Modern.az-a verilən məlumatda xəbər təsdiqlənib.
Qeyd edək ki, diffamasiya ilə bağlı qanun layihəsini Mətbuat Şurası hazırlamış və ATƏT-in dəstəyi ilə layihə Avropanın bir sıra ekspertləri tərəfindən təkmilləşdirilmişdi. Bu ilin sonuna kimi onun qəbul olunması gözlənilirdi. Bu qanunda əsas məqam jurnalistin yazdığı yazıya görə həbs olunmaması idi. Yəni Cinayət Məcəlləsinin 147, 148-ci maddələri jurnalistlərə şamil olunmayacaqdı.
Gültəkin ƏLƏSGƏR