Modern.az

Deputatdan dini nikahlarla bağlı təklif: Ciddi cəzalandırılsınlar!

Deputatdan dini nikahlarla bağlı təklif: Ciddi cəzalandırılsınlar!

20 İyun 2024, 15:37

“Ölkədə rəsmi nikahın əvəzinə dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı cəza tətbiq etmək lazımdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

 

O qeyd edib ki, rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyətli olmurlar.

 

"Bir müddət sonra boşanma baş verir və bu da ciddi narahatlıq doğurur. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi də var. Onlar bildirir ki, rəsmi nikah olmadan dini kəbinin kəsilməsin. Amma bununla bağlı ciddi cəzalandırma olmalıdır”, - deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri