Modern.az

"Nikah olmadan cinsi münasibətdə olan uşaqların valideynləri 5000 manat cərimələnsin"

Parlament

20 İyun 2024, 16:40

Milli Məclisdə 18 yaşına çatmamış, rəsmi nikah olmadan cinsi münasibətlərdə olan uşaqların valideynlərinə cərimə tətbiq olunması təklif edilir.


Modern.az xəbər verir ki, təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

 

“Belə valideynlərə 5000 manat cərimə tətbiq edilməlidir. Cəmiyyəti sağlamlaşdırmaq istəyiriksə, belə valideynlər maddi və mənəvi cəhətdən ziyan çəkməlidir. Amma onun əvəzinə icazə alıb bir il tez nikah qurulur onu problem edirik. Bu maddə qalmalıdır”, - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ağadadaş Ağayevə cinayət işi AÇILDI- Xalq artisti danışdı