Modern.az

Milli Məclis Konstitusiyaya görə belə buraxılır - QANUN

Milli Məclis Konstitusiyaya görə belə buraxılır - QANUN

20 İyun 2024, 17:56

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib.
YAP İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında təşkilatı təmsil edən deputatlara 6-cı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

Bu, onunla əsaslandırılıb ki, Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması vacibdir. Eyni zamanda parlament seçkilərinin vaxtının COP29 sammiti ilə eyni vaxta - noyabr ayına düşməsi növbədənkənar seçkiləri gündəmə gətirib.

Növbədənkənar seçkilər vaxtından 2 ay əvvəl keçirilə bilər.

Modern.az xatırladır ki, Milli Məclisin buraxılması Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunub.

Konstitusiyanın 98-ci maddəsində deyilir:

I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq