Modern.az

Növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir - Əli Hüseynli

Növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir - Əli Hüseynli

Parlament

21 İyun 2024, 11:20

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Milli Məclisin buraxılmasına müsbət rəy verib.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker Əli Hüseynli deyib.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri bildirib ki, COP-29-a qədər parlamentin tam formalaşması zəruridir: “Parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi dövlətin vəzifələrindən biridir. Noyabrda bunu təmin etmək çətin ola bilər. Bu baxımdan komitəmiz olaraq, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə Prezidentə müraciət edilməsini məqəsədmüvafiq hesab edirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu